Azərbaycanın BMT TŞ-da sədrliyi başa çatıb
02 İyun 2012 Şənbə 11:19
Aqşin Mehdiyev qurumdakı sədrliyi Çinin daimi nümayəndəsi Li Baodonqa təhvil verib.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi başa çatıb. APA-nın məlumatına görə, iyunun 1-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev qurumdakı sədrliyi Çinin daimi nümayəndəsi Li Baodonqa təhvil verib.

L.Baodonq qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasına iyunda sədrlik edəcək Çin beynəlxalq sülhün dəstəklənməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bu ay ərzində Şuranın 30-dək məsələyə, o cümlədən Suriya, Sudan, Cənubi Sudan və Yaxın Şərqdəki vəziyyətə baxacağı gözlənilir.

Xatırladaq ki, BMT-nin Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyır. Şura 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) ibarətdir. Digər 10 müvəqqəti üzv isə BMT-nin Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir. Qeyd edək ki, Azərbaycan növbəti, ikinci dəfə Şuraya 2013-cü ilin sentyabr ayında sədrlik edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar