Azərbaycanda hərbi hissədə silahlı insident
07 Yanvar 2013 Bazar Ertəsi 13:45
Əsgər öz yoldaşını güllələyib
Bu gün saat 11:30 radələrində Qazax rayonunun Cəfərli kəndindəki N saylı hərbi hissədə silahlı insident baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayon Hərbi Komissarlığdan çağrılmış 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə əsgər yoldaşı Yevlaxdan çağrılan 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovu güllələyib. Baş nahiyyəsindən ağır yaralanan əsgər Ruslan Şahbazov hospitala yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir. Hələlik insidentlə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar