Gündəm

Azərbaycan müharibəyə hazırlaşır

Aleksey Mitrofanov: Bu ölkə əla hərbi baza yaradıb və müxtəlif dövlətlərdən silahlar alır.

· Xəbərçi
Azərbaycan müharibəyə hazırlaşır
“Azərbaycan Dağlıq Qarabağ probleminin hərbi yolla həllinə çalışır”. “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksey Mitrofanov bu gün keçirilən mətbuat konfransında səsləndirib.

Mitrofanov hadisələrin bu cür inkişafına şərait yaradacaq amilləri də açıqlayıb. Deputat xüsusilə Azərbaycanın müdafiə xərclərinin 3 milyard dollara çatmasını əsas göstərib. Mitrafanov bu xərclərin Ermənistanın ümumi büdcəsini üstələdiyini əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Qarabağ uğrunda mümkün müharibə üçün əla hərbi baza yaradıb və müxtəlif ölkələrdən silahlar alır, o cümlədən İsraildən aldığı pilotsuz təyyarələri göstərib: “Azərbaycan tərəfi müharibəyə ciddi hazırlaşır”.

Şərhlər