Azərbaycan İrana nota verib
04 Aprel 2013 Cümə Axşamı 16:38
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Azərbaycan İrana etiraz notası təqdim edib. Bu barədə “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota vermişdi.
DOSTLARINLA PAYLAŞ: