Azərbaycanın İrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğu mayın 2-dən İranda yoxa çıxan 2 Azərbaycan vətəndaşı - Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində məlumat verilməsi tələbi ilə bu ölkənin Xarici İşlər Nazirliyinə rəsmi nota təqdim edib. Bu, gənclər yoxa çıxandan bəri Azərbaycan dialomatik nümayəndəliyinin İrana təqdim etdiyi ikinci notadır.
Xarici İşlər Nazirliynin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, İran beynəlxalq konvensiyaları pozur: “İran ilk növbədə Azərbaycan tərəfinə, diplomatik nümayəndəliklərə məlumat verməli idi. Bu, Vyana konvensiyasını pozmaq deməkdir”.
Azərbaycan İrana nota verdi
Elman Abdullayevin sözlərinə görə, qarşı tərəf beynəlxalq konvensiyaları pozur.




Şərhlər