Azadlıq meydanı yenə çökə bilərmi?
15 May 2013 Çərşənbə 15:59
Hərbi parad zamanı meydandan çəkisi 60 tonu ötən tanklar, hərbi texnikalar keçəcək.
Bakıda Azadlıq meydanında inşa olunan avtomobil dayanacağının çökməsi şəhərdə böyük səs-küyə səbəb olub. Əgər nəzərə alsaq ki, həmin ərazi respublika əhəmiyyətlidir və orada böyük tədbirlər keçirilir, vəziyyət bir az da qəlizləşir. Çünki həmin məkanda çox böyük tədbirlər keçirilir. Hərbi parad, avtoyürüşlər və s. kimi tədbirlə üçün Azadlıq meydanı çox əhəmiyyətli yerdir. Lakin həmin ərazidə tikilən yeraltı dayanacağın qısa müddət ərzində çökməsi tikinti işləri aparılarkən bəzi məqamların diqqətdən kənarda qalmasını göstərir. Ekspertlərin fikrincə, dayanacaq tikilərkən yolun davamlı olamsı üçün lazımı tədbirlər görülməyib. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, yolun çökməsi görülən işlərin keyfiyyətindən xəbər verir.

“Yolun çökməsi yağışdan sonra, qurunt sularının yığılması nəticəsində baş verib.Yol qurulması inşaat işlərinin düzgün olması nəticəsindədir. Texniki işlər yaxşı görülməyib. Çatışmazlıqlar olub. Lakin qarşıda hərbi parad keçiriləcək. Həmin parad nəticəsində texnikaların ağırlığı yolda daha böyük problemlərin yaranacağına səbəb ola bilər. Yəqin ki, mütəxəssislər də bunu nəzərə alıblar. Bu böyük məsuliyyətdir və inanıram ki, hem bir problem yaranmayacaq”, - deyə Məzahir Rüstəmov bildirib.

Lakin rəsmilər heç bir problem olmayacağını deyirlər. Bakıda Azadlıq meydanının altındakı avtomobil dayanacağının texniki parametrləri hərbi paradın keçirilməsinə hesablanıb. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfovun ANS PRESS-ə verdiyi məlumata görə, Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikintisi zamanı hərbi parad vaxtı yüklənmə nəzərə alınıb.

“Yoxlamalar göstərib ki, inşaatçıların işində səhvlər buraxılıb. Bu səhvlər iş qrafikinin sürətləndirilməsi nəticəsində yaranıb. Layihənin özü isə səmərəli işlənib. Bakıda yeraltı dayanacaqların tikintisi zamanı onların yeraltı qrunt sularından qorunmasına xüsusi diqqət ayrılır. Bunun üçün yaxşı texnologiyalar, səmərəli materiallar, betonun xüsusi növləri, izolyasiyalı materialları mövcuddur. Bu materiallardan Bakıda dayanacaqların tikintisi zamanı istifadə olunur Yolun çökməsi yolda yığılan qurunt suları nəticəsindədir. Lakin artıq problem aradan qaldırılıb. Bundan sonra da, heç bir problem yaranmayacaq. Hərbi parad zamanı meydandan çəkisi 60 tonu ötən tanklar, hərbi texnikalar keçəcək. Bu dayanacaq belə yüklənmələrə hesablanıb və heç bir problem yaranmayacaq", - deyə Xalid Nəcəfov bildirib.

FOTO: Ceyhun Həsənov











DOSTLARINLA PAYLAŞ:

oyunlar