Gündəm

Avropa Birliyi cəbhə bölgəsindəki hadisələrdan narahatdır

Ketrin Eşton tərəfləri təmas xəttində təmkinli davranmağa çağırıb.

· Xəbərçi
Avropa Birliyi cəbhə bölgəsindəki hadisələrdan narahatdır
Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı hadisələrlə bağlı narahatlığını bildirib. Bununla bağlı açıqlamanı Eştonun mətbuat katibi səsləndirib. Açıqlamada ali nümayəndə hər iki tərəfi atəşkəsə sadiq qalmağa, təmas xəttində və ictimai açıqlamalarda təmkinli davranmağa çağırıb. Açıqlamada bildirilir ki, güc tətbiqi, təhdid, həmçinin mövcud status-kvo vəziyyəti münaqişənin həllinə mənfi təsir edir.

Şərhlər