ATƏT PA-dan ermənilərə zərbə
19 İyul 2012 Cümə Axşamı 13:47
R. Miqliori:"Türkiyə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara daha yaxından cəlb olunmalıdır”.
ATƏT PA-nın yeni prezidenti Rikardo Miqliori Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atacağı ilk addımları haqda fikirlərini açıqlayıb. ANS PRESS-in armenpress-ə istinadən verdiyi məlumata görə, qurum sədri məsələnin həllinə parlament səviyyəsində daimi dialoq yaradaraq töhvə verə biləcəklərini bildirib: "Mən hər iki ölkənin parlament sədrlərini ATƏT PA-nın qarşıdakı görüşlərinə dəvət etmək və bunu birbaşa müzakirə platforması üçün istifadə etmək niyyətindəyəm".
Qurum sədri münaqişənin həllini bir daha sülh yolu ilə tapa biləcəyini vurğulayıb və qeyd edib ki, ATƏT PA-nın növbəti İllik Sessiyası 2014-cü ildə Bakıda keçiriləcək və bu tədbir parlamentlərin münaqişə və onun həllində rolunun artmasına kömək edəcək. “Hesab edirəm ki, münaqişənin həlli prosesinə Türkiyə də cəlb edilməlidir. Problemin sülh yolu ilə həll edilməsində onun iştirakının nə dəcərədə kömək olub-olmayacağını görməliyik”, - deyə o əlavə edib.
ATƏT PA-nın yeni prezidenti Rikardo Miqliori parlament diplomatiyasının daha mühüm olduğunu qeyd edib. Dağlıq Qarabağ ermənilərinin üçüncü tərəf kimi danışıqlarda iştirakına gəlincə isə ATƏT PA-nın rəhbəri deyib ki, Minsk Qrupunun formatı artıq mövcuddur və bu situasiyanı dəyişmək yanlış olardı. Lakin o, insanlar arasında təmasların fəallaşdırılmasının vacibliyini qeyd edib. O, bu prosesin ancaq sülh yolu ilə həll edilməli oldğunu xatırladaraq, burada əsas məqamın təmas xəttində snayperlərin yığışdırılmalı oldğunu vurğulayıb.
Artıq regionda 5 dəfə olduğunu xatırladan qurum prezidenti növbəti səfərinin gələn il ola biləcəyini düşünür.
DOSTLARINLA PAYLAŞ: