Gündəm

Asteroid Yerin yaxınlığından keçdi

Kosmik cisim saat 23.35-də planetimizə rekord məsafədə yaxınlaşıb.

· Xəbərçi
Asteroid Yerin yaxınlığından keçdi
2012 DA14 asteroidi ötən axşam Yerin rekord məsafədə yaxınlığından - 27,7 min kilometrliyindən keçib. ANS PRESS-in “Vesti 24”ə istinadən verdiyi məlumata görə, 45 metr diametrində kosmik cismin maksimal yaxınlaşması Bakı vaxtı ilə ötən gün saat 23.35-də qeydə alınıb. Bundan sonra asteroid planetimizdən uzaqlaşmağa başlayıb.

Asteroid Hind okeanının şərq hissəsinin üzərindən keçib.

Şərhlər