Antisemitizm olmayan ölkə...
06 Mart 2013 Çərşənbə 12:06
İsraildə dərc olunan gündəlik "Haaretz" qəzeti Azərbaycandan yazır.
"Burada antisemitizm yoxdur və heç zaman olmayıb". İsraildə dərc olunan gündəlik "Haaretz" qəzetinin müxbiri Anşel Pfeffer yazdığı "Antisemitizm olmayan ölkə" məqaləsini bu sözlərlə başlayır.
ANS PRESS "Haaretz"ə istinadən bildirir ki, Anşel Pfeffer daha sonra bu sözləri yazır: "Xəzər sahilində qaldığım bir həftə ərzində bu cümləni mən dəfələrlə eşitdim. Yəhudilər, yəhudi olmayanlar, dövlət rəsmiləri, dissidentlər, yerli sakinlər, İsrail diplomatları və ravvinlər... İkinci bir ölkə xatırlamıram ki, özümü bu cür İsraildəki kimi hiss edim».
Müəllif həm də qeyd edir ki, bütün bunlar sakinlərinin 95%-nin müsəlman şiələr olduğu, İranın bir addımlığında yerləşən ölkədə baş verir. Müəllif daha sonra yazır: Düzdür, azərbaycanlılar və yəhudilər 2500-dən artıqdır ki, müxtəlif imperiyaların tərkibində yanaşı yaşayırlar. Şiələrin çoxu tolerant əhvallıdır, Azərbaycan mədəniyyəti yetərincə dünyəvidir. İsraillə Azərbaycanın güclü strateji alyansı var. Prezident İlham Əliyev tez-tez yəhudi mərkəzlərinə baş çəkir.
DOSTLARINLA PAYLAŞ: