ANS daha bir ilkə imza atdı
14 May 2012 Bazar Ertəsi 14:27
“Bizimkilər” layihəsi ilə bizimkilər bizə başqa ampluadan tanıtdırılacaq.
Həmişə adı birincilər cərgəsində çəkilən ANS bu gün də birincilik yerini qoruyub saxlamaqdadır. İlkə imza atmaqla, “Bizimkilər” layihəsi bizimkiləri bizə başqa ampluadan tanıtdıracaq. Özü də nəinki bizə, üstəlik gələn əcnəbi qonaqlara da.
“Eurovision 2012” ərəfəsində paytaxtımıza təşrif buyuracaq qonaqlar illərdi qulaqlarının vərdiş etdiyi məşhur mahnıları bizimkilərin ifasında eşidə biləcəklər. Özü də milli kaloritlərlə. Həm ziyarət, həm də zövqlü istirahət. Bu imkan isə yalnız ANS-in efirində.
Bu gün “Günə baxan” verilişində yeni “Bizimkilər” adlı layihənin təqdimatı baş tutub. Uzun illər bütün dünyaya məşhur olan hit mahnılar Azərbaycanın milli alətlərının və muğam ifaçılarının köməyi ilə milli və müasir improvizədə yenidən ifa edilib.
Qeyd edək ki, layihənin rəhbərı ANS şirkətlər qrupunun vitse prezidenti Seyfulla Mustafayev, musiqi rəhbəri Yaşar Baxış, baş redaktoru isə Samirə Səfərəliyevadır. Layihədə 50-yə yaxın musiqiçi iştirak edib.
Mahnılarda milli musiqi alətlərimiz olan saz, tar, kamança, zurna, balaban və qaboy tütək, nağara, qoşanağara, qaval, ud, kanondan istifadə edilib.
Layıhə “Eurovısıon” mahnı müsabıqəsınə bir həftə qalmış, müsabıqə keçirılən həftədə və 28 may Respublika günü, həmçinin ANS ÇM radıostansıyasının yarandığı gün də yayıma buraxılacaq.
DOSTLARINLA PAYLAŞ: