Amnistiya kimlere şamil olunacaq?
30 Aprel 2013 Çərşənbə Axşamı 12:31
Amnistiya ile 2 minden artıq mehkumun azadlığa buraxılması gözlenilir.
Milli Məclisdə mayın 7-də müzakirəyə çıxarılacaq amnistiya aktının kimlərə şamil olunacağı açıqlanıb. Milli Məclisdən APA-ya verilən məlumata görə, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər.

Amnistiya aktının həmçinin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara tətbiq edilməsi və bu kateqoriya şəxslərin cəzadan azad olunmaları təklif edilir. Layihəyə əsasən, amnistiya aktı təqribən 9 min şəxsə şamil oluna bilər. Bu akt əsasında 2 mindən artıq məhkumun azadlığa buraxılması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar