Gündəm

Amerikalı həmsədr Robert Bradtke Bakıda

Minsk Qrupu vasitəçiləri bu gün Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar.

· Xəbərçi
Amerikalı həmsədr Robert Bradtke Bakıda
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Bakıya gəlib. Ötən gün digər həmsədr Jak For (Fransa) da Azərbaycan paytaxtına gəlmişdi. Rusiyalı həmsədr İqor Popov da Bakıya gəldikdən sonra vasitəçilər bu gün Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar.

Qeyd edək ki, Bakıda danışıqlar başa çatdıqdan sonra həmsədrlər qoşunların təmas xəttindən qarşı tərəfə keçərək Xankəndinə gedəcəklər. Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçıları ilə də görüşəndən sonra isə onlar İrəvana yollanacaqlar.

Şərhlər