795-ci ilə aid türkcə daş kitabə tapılıb
24 Aprel 2013 Çərşənbə 07:12
Kitabə Uyqur – Çin münasibətlərinin tarixinə işıq tutması baxımından çox əhəmiyyətlidir.
Uyqur şahzadəsi Karı Çora (çincə Ge Çor) aid 795-ci ili əhatə edən çincə və kök türkcə yazılmış daş kitabə tapılıb. Kitabə türkiyəli akademik, professor Cengiz Ayyılmaz tərəfindən oxunub. Ayyılmaz 17 sətrlik kitabənin nadir kitabə olduğunu deyib. Akademik həmçinin bildirib ki, kitabə Uyqur – Çin münasibətlərinin tarixinə işıq tutması baxımından çox əhəmiyyətlidir.

“Yan-yana türkcə və çincə yazılmış bu kitabə kvadrat şəklində və 40 cm boyundadır. Türkcə cə çincə yazılmış kitabənin 19 yaşında vəfat etmiş Uyqur şahzadəsi Karı Çor üçün hazırlandığı məlum olub. Kitabə o dövrdəki Uyqur – Çin münasibətlərinin yaxınlığını da göstərir. Kitabədə cənazə işlərinin Çin hökuməti tərəfindən həyata keçirildiyi xüsusilə vurğulanıb. Kitabədəki türkcə və çincə mətnlər birbirini tamamlayır” – deyə professor Cengiz Ayyıldız bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar