Gündəm

5 əsgərimiz şəhid olub

Ermənistanın təxribatçı qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd edib.

· Xəbərçi
5 əsgərimiz şəhid olub
Cəbhə xəttində erməni təxribaütının qarşısı alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Şərhlər