28 May"ın əsas girişi bağlanır.
19 Yanvar 2013 Şənbə 10:53
Giriş yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanacaq
Yanvarın 21-dən "28 May" stansiyasının əsas girişi təmirə bağlanır. ANS PRESS-in metropolitenin rəsmi saytına istinadla verdiyi məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, "28 May" stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanacaq.

Sərnişinlər bu müddət ərzində "28 May" stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və "Cəfər Cabbarlı" stansiyasının girişindən ("28 May" stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissədə aparılacağından "28 May" stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq.

Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar