Gündəm

160 azərbaycanlı İnterpol xətti ilə axtarılır

Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə 160 Azərbaycan vətəndaşı barəsində axtarış elan edib.

· Xəbərçi
160 azərbaycanlı İnterpol xətti ilə axtarılır
Azərbaycanın hüquq-mühafizə orqanları İnterpol-un xətti ilə 160 Azərbaycan vətəndaşı barəsində axtarış elan edib. ANS PRESS-in məlumatına görə bu barədə İnterpol-un rəsmi internet səhifəsində məlumat yayılıb.

Axtarışa verilənlərin əksəriyyətini kişilər təşkil edir. Gənclər də siyahıda üstünlük təşkil edirlər.

Barələrində axtarış verilənlərin əksəriyyəti vergi ödəməkdən boyun qaçıran və müxtəlif cinayətləri törədən şəxslərdir.

Qadınların isə böyük bir qismi insan alverinə görə axtarışa verilib. Bəzi şəxs isə narkotik maddələrin ticarəti ilə məşğul olublar.

Hazırda həmin şəxslərin axtarışı prossesi davam edir.


Şərhlər