Avropa Birliyi və NATO Ukraynaya heç bir hərbi yardım etməyəcək. ANS PRESS-in məlumatına görə, bunu Finlandiyanın baş naziri Aleksandr Stubb bəyan edib.
O, bildirib ki, NATO yalnız alyansa üzv olan ölkələrə hərbi dəstək verə bilər, AB-nin isə hərbi yardım üçün resursları yoxdur.
Baş nazirin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Pavel Klimkinin hərbi dəstək üçün NATO və AB-yə etdiyi müraciətə müsbət cavab verilməyəcək.
Stubb hesab edir ki, Ukraynada tərəflər danışıqlar masasına əyləşməli və bölgədə atəşkəs elan edilməlidir.
Ukrayna tək qaldı
Avropa Birliyi və NATO Ukraynaya heç bir hərbi yardım etməyəcək.




Şərhlər