Rusiya əhalisinin sayı açıqlandı
16 Dekabr 2011 Cümə 04:15
Son 8 illərdə Rusiya əhalisinin sayında 2,3 milyon nəfərlik azalma qeydə alınıb.
142 milyon 857 min nəfər. Rusiyada əhalinin siyahıya alınmasının nəticəsi belədir. Rusiyalıların orta yaş həddi 39-dur. Beləliklə, əhalinin sayına görə dünya reytinqdə daha bir pillə geriləyib. 2002-ci ildə keçirilən siyahıyaalmadan sonra Rusiya dünyada yeddinci yeri tuturdusa, indi səkkisinci yerdədir. Hazırda Çin, Hindistan, ABŞ, İndoneziya, Braziliya, Pakistan və Banqladeş Rusiyanı qabaqlayır.

Rusiyada əhalinin azalması tendensiyası daha da sürətlənib. Əgər 1989-cu ildən (sonuncu SSRİ siyahıyaalması) 2002-ci ilədək (ilk Rusiya siyahıyaalması) keçən 13 il ərzində əhalinin sayı 1,8 milyon nəfər azalmışdısa, son 8 il ərzində azalma 2,3 milyon nəfər təşkil edib. Əhalinin daha çox azaldığı yerlər kəndlərdir.

Kişilər və qadınlar arasındakı nisbət yenə də qadınların xeyirinədir. Hazırda qadınların sayı kişilərin sayından 10,7 milyon nəfər çoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar