Nəhəng sarı Sülh ördəyi Cənubi Koreyada 32 gün qalacaq.
Sülh ördəyi Seulda
Bütün dünyanı gəzərək insanların marağına səbəb olan "Sülh ördəyi" Cənubi Koreyanın paytaxtı Seul sahillərinə gətirilib. Söhbət danimarkalı dizayner Florentin Hofmanın rezin materialdan hazırladığı sarı rəngli nəhəng ördəkdən gedir.
ANS PRESS-in məlumatına görə, danimarkalı dizaynerin bütün dünyada sülhü təbliğ etmək üçün hazırladığı bu ördək Seul sakinlərinin və turistlərin marağına səbəb olub. Sülh ördəyinin hündürlüyü 16,5 metr, ağırlığı isə 300 kiloqram təşkil edir.
Ördək 2007-ci ildən bəri Honq Konq, Sidney, Pitsburq kimi şəhərləri gəzib. Seulda isə «Sülh ördəyi» noyabrın 14-dək qalacaq. Qeyd edək ki, bir müddət əvvəl "Sülh ördəyi" Bakıya da gətirilmişdi.