Müsahibə verərkən donub
08 Yanvar 2015 Cümə Axşamı 17:28
Soyuq qış havası maraqlı görüntülərin yaranmasına səbəb olub.
Sərt keçən soyuq qış havası dünyanın bir çox ölkəsində maraqlı görüntülərin yaranmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, dünyanın müxtəlif yerlərindən qar mənzərələri qışın şıltaqlığını bir daha əks etdirir. Bunlardan ən maraqlısı isə Yaponiyada mətbuata açıqlama verən bir dövlət adamının düşdüyü vəziyyət olub.

Havaların həddindən artıq soyuq olması və yağan qar dövlət məmurunu çətin vəziyyətə salıb.

Qeyd edək ki, bu il qışın çox sərt olacağı proqnozlaşdırılır.

Belə ki, rusiyalı hidrometeorloqlar 2015-ci ildə dünya əhalisinin son 10 ilin ən soyuq qışını yaşayacağını iddia edirlər.

Proqnozların hazırlanmasında isə onlar 1961–1990-cı illərin məlumatlarından istifadə ediblər. Sinoptiklər yaxın qonşumuzda bu il əsl "rus qışı" olacağını deyirlər. Bu soyuq hava əsasən Avropanı, Rusiyanı əhatə edəcək. Qış aylarında şiddərli qar fırtınaları, yağışlar gözlənilir. Dondurucu soyuqlar Kanadanı da təsiri altına alacaq.











































DOSTLARINLA PAYLAŞ:

oyunlar