Mixail Qorbaçov Qərbə çağırış etdi
18 Oktyabr 2014 Şənbə 15:29
Mixail Qorbaçov Rusiyanı və Qərbi qarşılıqlı sanksiyalardan imtina etməyə və yeni soyuq müharibəyə girməməyə çağırıb.
SSRİ-in ilk prezidenti Mixail Qorbaçov Rusiyanı və Qərbi qarşılıqlı sanksiyalardan imtina etməyə və yeni "soyuq müharibəyə" girməməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, Mixail Qorbaçov Rusiya və Qərbin qarşılıqlı ittihamlardan və sanksiyalardan imtina etməli olduğunu bildirib.

Mixail Qorbaçovun sözlərinə görə, Rusiya artıq belə addım atıb. Ruslar qərbin sanksiyalarının son dalğasından sonra cavab ölçülərindən imtina edib.

"Qərbi Avropa və ABŞ ölkələri ilə Rusiyanın münasibətlərinə gəlincə, ilk addım – qarşılıqlı ittihamların və sanksiyaların məntiqindən çıxmaq lazımdır. Məncə, Rusiya qərbin sanksiyalarının son raundundan sonra cavab ölçülərindən imtina etməklə belə addım atıb. Söz Qərbdədir", - Mixail Qorbaçov "Rusiya qəzetinə" müsahibəsində deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar