Banqladeşdən Malayziyaya miqrant aparan bərə gəmisi qəzaya uğrayaraq batıb.
ANSA PRESS-in məlumatına görə, Kutubdia adası sahilində baş verən qəza nəticəsində azı 20 nəfər itkin düşüb.
Hadisədən xəbər tutan sahil təhlükəsizlik xidməti dərhal gəminin olduğu əraziyə gəliblər.
Xilasedicilər azı 39 nəfərin həyatını xilasetməyə nail olublar.
Rəsmilər gəminin batmasına səbəb kimi onun həddən artıq yüklənməsini göstəriblər.
Kutubdia adasında miqrantların gəmisi batıb
Kutubdia adası sahilində baş verən qəza nəticəsində azı 20 nəfər itkin düşüb




Şərhlər