İŞİD yenidən Kobaniyə girib
09 Oktyabr 2014 Cümə Axşamı 11:17
İŞİD ağır texnika və tanklarla Kobanidə 2 məhəlləyə girib, kütləvi qırığın ola bilər.
İŞİD terror təşkilatının yenidən Kobaniyə girdiyi iddia olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Suriya Demikratik Birlik Partiyasının (PYD) həmsədri Asya Abdullah məlumat yayıb.
Məlumatda İŞİD-in artıq 2 məhəlləyə girdiyi bildirilib və kütləvi mülki qətliam ehtimalı barədə xəbərdarlıq edilib.
“İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girib. Kütləvi mülki qırığın ola bilər”.
Xatırladaq ki, ötən axşam “Reuters” Suriyadakı mənbəsinə istinadən, koalisiya qüvvələrinin bombardımanından sonra İŞİD-in KObanidən geri çəkildiyini xəbər vermişdi.
DOSTLARINLA PAYLAŞ: