İŞİD təcavüzlə fəxr edir
15 Oktyabr 2014 Çərşənbə 11:23
İŞİD qadınları və qızları satmaq, zorlamaq, məcburi evləndirmək, insanları qullaşdırmaq və s. bu kimi əməlləri ilə fəxr edir.
“İŞİD qadınları və qızları satmaq, zorlamaq, məcburi evləndirmək, insanları qullaşdırmaq və s. bu kimi əməlləri ilə fəxr edir”. ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ-ın Dövlət katibi Con Kerri İŞİD barədə yaydığı yazılı bəyanatda qeyd edib. Kerri terror qruplaşmasının əxlaqsızlıqda son həddə çatdığını bildirib.

“İŞİD alçaqcasına dində təsdiq edildiyini iddia edərək qadın və qızlara qarşı bu iyrənc hərəkətini rasionallaşdırır. Bu səhvdir, kəsinliklə səhvdir. İŞİD İslamı təmsil etmir. İslam bu cür alçaqlığa göz yuma bilməz. Həqiqətdə bu cür hadisələr İŞİD-in İslam düşməni olmasının açıq nümayişidir”.

Beynəlxalq ictimaiyyətin və bütün dini liderlərin İŞİD-in dəhşətli əməllərini pislədiyini xatırladan Keri bir daha hər kəsi qruplaşmanın uşaqlara və qadınlara istiqamətlənmiş bu hərəkətini mümkün olan ən sərt şəkildə pisləməyə səsləyib.

Qadınlara və uşaqlara yönəlmiş bu cür hərəkətlərin insanlığın şərəfini ayaqlar altına aldığını deyən Con Kerri buna görə günahkar olanların məsuliyyətə cəlb olunmasının labüdlüyünü qeyd edib.

Kerri vurğulayıb ki, ABŞ bu istiqamətdə İraq hökuməti ilə əməkdaşlığa davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar