Hakan Şükür maaşını mədənçilərə bağışlayıb
21 Noyabr 2014 Cümə 11:08
Qalatasaray klubu keçmiş oyunçusu, millət vəkili Hakan Şükür Ərmənək mədən faciəsi üçün yardım kampaniyasına qoşulub.
Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş oyunçusu, millət vəkili Hakan Şükür Ərmənək mədən faciəsi üçün yardım kampaniyasına qoşulub.

ANS PRESS-in məlumatına görə, türkiyəli millət vəkili Hakan Şükür “Kimse yokmu” dərnəyinin Ərmənəkdə baş verən dəhşətli mədən faciəsindən zərər çəkənlərə yardım üçün başlatdığı kampaniyasına dəstəyini ifadə edib.

Müstəqil millət vəkili H.Şükür 2015-ci il seçimlərinə qədər olan millət vəkili maaşını kampaniyaya dəstək üçün faciə qurbanlarının yaxınlarına verəcəyini açıqlayıb. O, bu barədə “Twitter” hesabından bildirib.

O, həmçinin qeyd edib ki, millət vəkili olaraq maaşını ilk gündən bu vaxtadək ehtiyacı olanlara, ya da hansısa yardım qurumlarına bağışlayıb.

Xatırladaq ki, Ərmənək kömür mədənindəki qəza Türkiyədə son bir ildə yaşanımış ikinci ağır qəza idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar