Gün keçdikcə müharibə ehtimalı artır
13 Noyabr 2014 Cümə Axşamı 13:08
Ukrayna və Rusiya bir-birlərinə qarşı ittiham irəli sürürlər.
Ukraynada münaqişə tərəfləri bir-birilərini Donbas şəhəri ətrafına silahli qüvvələr toplamaqda ittiham edirlər.
ANS TV-nin məlumatına görə, Rəsmi Kiyev NATO və ATƏT müşahidəçilərinin rəyinə əsaslanaraq Rusiyanın Ukraynaya rəsmən qoşun yeritdiyini bəyan edir. Moskva isə bu ittihamları rədd edərək, onların müəlliflərindən sübut istəyir.
Donbas yaxınlığında atəş səsləri eşidilsə və ukraynalı hərbiçilərin ölümü barədə məlumatlar yayılsa da geniş anlamda atəşkəs rejimi hələ də qorunub saxlanılır. Amma lokal atışmaların genişmiqyaslı döyüşlərə çevrilməsi təhlükəsi yüksəkdir.
DOSTLARINLA PAYLAŞ: