Fransada ermənilər və ruslar dalaşıb
10 Oktyabr 2014 Cümə 14:50
Fransada ermənilər, ruslar və çeçenlər arasında düşən kütləvi dava nəticəsində iki nəfər bıçaq yarası alıb.
Fransanın Marey-le-Mo şəhərində ermənilər, ruslar və çeçenlər arasında kürtləvi dava düşüb.

ANS PRESS-in məlumatına görə, dava nəticəsində iki nəfər bıçaq yarası alıb. Ruslar olan qrupda bəzi çeçen vətəndaşlarının da olduğu bildirilir. Bıçaq yarası alanların ruslar olduğu bildirilir.

Yaralılar helikopterlə Paris şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin çox ağır olduğu bildirilir.

Davada iştirak edən altı erməni saxlanılıb. Davaya nəyin səbəb olduğu hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar