Erməni uşağı niyə oğurlanıb?
30 Yanvar 2015 Cümə 13:10
“Qarabağ” klanının İrəvana bəxş etdiyi xaosun görüntüləri.
Ermənistanın Ararat vilayətinin Marmaraşen kəndində çox qəribə hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, kənd sakini Tito adlı erməni öz kəndlisinin uşağını oğurlayıb. Daha sonra o, uşağın atasından borcunu qaytarmağı tələb edib.
Oğurlanmış uşağın valideynləri polisə müraciət ediblər. Polis çox çətinliklə uşağı tapa bilib.
Baş verənlər Ermənistanda əhalinin hüquq-mühafizə orqanlarına inamının kəskin azalmasını göstərir. Əks halda, ailə üzvlərini oğurlamaqla bu cür problemləri həll etmək “ənənəsi” kəndlərə qədər enməzdi.
Bu, erməni kəndlərində bir xaosun hökm sürdüyünü də ortaya çıxarır. Adətən kənd adamları istənilən borc probleminə ailə üzvlərini qatmırlar və məsələni ağsaqqalların müdaxiləsi ilə həll edirlər.
DOSTLARINLA PAYLAŞ: