Erməni əsgərlər bir-birini qırır
02 Fevral 2015 Bazar Ertəsi 15:34
İrəvanda Aykaz Barseqyanı öldürən 4 hərbçi həbs olundu.
İrəvanda tədris hərbi hissəsinin dörd hərbçisi həbs olunub. Onlar silahdaşları Aykaz Barseqyanın qətlində şübhəli bilinərək saxlanılıblar.

ANS PRESS-in məlumatına görə, Ermənistanın İstintaq Komitəsinin bildirdiyi kimi, Vaçe Saakyan, Movsesa Azaryan, Qnel Tevorsyan və Norika Saakyan barəsində həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti 4 gün əvvəl məlumat yaymışdı ki, İrəvandakı hərbi hissələrdən birinin idman zalında hərbi qulluqçu Aykaz Barseqyanın asılmış meyiti aşkarlanıb.

Sonradan yayılan məlumatda isə kursantın həmin şəxslər tərəfindən ölümcül döyüldüyü və sonradan turnikdən asıldığı deyilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar