Bir gündə milyonçu oldu
03 Dekabr 2014 Çərşənbə 23:57
Fransa vətəndaşı bir gündə milyonçu olub. Avromilyon lotereyasında növbəti yüksək məğləğli uduş aparılıb.
Avromilyon lotereyasında növbəti yüksək məbləğli uduş aparılıb.

ANS PRESS-in məlumatına görə, lotereyanın son tirajında adı açıqlanmayan Fransa vətəndaşı 72 971 665 avro udub. Bu mələğdə uduş 2014-cü il üzrə Fransada rekord hesab olunur.

Lotereya oyununda ən böyük məbləği -190 milyon avronu 2012-ci ildə bir portuqaliyalı udub.

Fransada isə ən böyük uduş 2012-ci ilin noyabrında qeydə alınıb. Həmin il xoşbəxt bilet öz sahibinə 169 milyon avro qazandırıb.

Xatırladaq ki, avromilyon lotereya oyunu Fransada, Böyük Britaniyada, İspaniyada, Belçikada, Lüksemburqda, İsveçrədə, Portuqaliyada, İrlandiyada və Avstriyada keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar