Avtobusda mobil telefon partlayıb
14 Oktyabr 2014 Çərşənbə Axşamı 11:26
Çində avtobusda sərnişinin mobil telefonu partlayıb.

Mobil telefon partlayıb

Çində avtobusda sərnişinlərədn birinin mobil telefonu partlayıb.

ANS PRESS-in məlumatına görə, Çində şəhərarası nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərdən biri avtobusa minərkən əlindəki mobil telefonu partlayaraq alışıb.

Bir neçə dəfə ardıcıl partlayışın baş verməsi nəticəsində qadın özünü itirib. Mobil telefonun onun əlinə yapışması isə xəsarət almasına səbəb olub. Hadisə zamanı avtobusda olan sərnişinlər təşvişə düşüblər. Onlar terror aktının törədildiyini düşünsələr də, sonra olayın fərqinə varıblar. Qadın dərhal xəstəxanaya çatdırılıb və lazımi həkim müdaxilələri edilib.

Qeyd edək ki, mobil telefonun partlamasına səbəb kimi onun batareyasının keyfiyyətsiz olduğu göstərilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar