Atatürk övliyadır?
25 Noyabr 2014 Çərşənbə Axşamı 01:09
Sabiq mədəniyyət naziri Namiq Kamal Zeybekin Atatürk barədə dediyi sözlər ölkədə müzqakirələrə səbəb olub.
Türkiyənin sabiq mədəniyyət nazirlərindən olan Namiq Kamal Zeybekin Atatürk barədə dediyi sözlər ölkədə müzqakirələrə səbəb olub. ANS PRESS-in məlumatına görə, Türkiyənin “Habertürk” telekanalında Namiq Kamal Zeybek tarixçi-yazar Yavuz Bahadıroğlu ilə “Atatürk və din siyasəti” mövzusunu müzakirə ediblər. Proqramın gedişində keçmiş nazir Zeybek, Əhməd Kayhan Dədə adlı şəxsin sözlərindən sitat gətirərək Atatürkün övliya olduğunu iddia edib.
“Atatürkün din anlayışını və Allahla səmimiyyətini anlamaq üçün mənim böyüyüm Əhməd Kayhan Dədənin sözünü deyəcəyəm. Kim etiraz edərsə etsin. Bunu hamı deyir, Atatürk bir övliyadır. Atatürkün sözlərinin bir çoxu Qurandan və hədislərdən götürülüb...”.
Qeyd edək ki, Zeybekin bu iddiaları tvitter sosial şəbəkəsində geniş müzakirə mövzusu olub və yerli ictimaiyyət tərəfindən əsasən etirazla qarşılanıb.
DOSTLARINLA PAYLAŞ: