Dünya

Anjey Kasprşik vəzifəsində qaldı

Anjey Kasprşik 18-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin edilib.

· Xəbərçi
Anjey Kasprşik vəzifəsində qaldı
Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində nizama salınması ilə məşğul olan səfir Anjey Kasprşikin bu təşkilatın qüvvədə olan sədrinin şəxsi nümayəndəsi kimi mandatının müddəti uzadılıb.

ANS PRESS ATƏT-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu qərar yanvarın 15-də ATƏT-in Məsləhət Şurasının iclasında rəsmi şəkildə elan ediləcək.

Xatırladaq, polşalı diplomat A.Kasprşik 1997-ci ilin yanvarından bu vəzifəni daşıyır .

Bununla o, 18-ci ildir ATƏT sədrinin şəxsi nümayəndəsi vəzifəsinə ardıcıl şəkildə təyin olunur.

Şərhlər