Ağ Evə hücum olub
20 Noyabr 2014 Cümə Axşamı 05:33
Məxfi Xidmət İdarəsinin əməkdaşları çərşənbə günü Ağ Evə girmək istəyən amerikalını saxlayıblar.
ABŞ-ın Məxfi Xidmət İdarəsinin əməkdaşları çərşənbə günü Ağ Evə girmək istəyən amerikalını saxlayıblar.

ANS PRESS-in məlumatına görə, ABŞ Məxfi Xidmət İdarəsinin rəsmi nümayəndəsi Nikol meynor bu barədə xəbər verib.

O bildirib ki, saxlanılan şəxs 41 yaşlı Ayova ştatı sakini Ar Cey Kafimdir. Şübhəli prezidentin iqamətgahını qoruyan Məxfi xidmətin əməkdaşlarına yaxınlaşaraq Ağ Evə keçməli olduğunu deyib. Mühafizəçilər isə onun hərəkətlərindən ehtiyatlanaraq, əl-qollarını bağlayıb avtomobilində axtarış həyata keçiriblər.

Avtomobilə baxış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkar edilib.

Kafim barəsində qanunsuz silah daşıma maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu ilin sentyabr və oktyabr aylarında da analoji hadisələr baş vermiş və Ağ Evə girmək istəyənlərin cəhdi uğursuz başa çatmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar