Ziko özünə komanda tapdı
17 Sentyabr 2009 Cümə Axşamı 03:00
Yunanıstanın “Olimpiakos” klubu braziliyalı məşqçi ilə iki illik müqavilə imzalayıb
Bir həftə əvvəl Rusiyanın ÇSKA klubundan qovulmuş braziliyalı Ziko Yunanıstanın “Olimpiakos” komandasını çalışdıracaq. Bu barədə məlumat klub yayıb. Məlumatda deyilir ki, “Olimpiakos” futbol klubu Artur Antunis Koimbra (Ziko) ilə iki illik müqvilə bağlayıb.
Qeyd edək ki, çoxqat Yunanıstan çempionu ötən axşam UEFA Çempionlar Liqası çərçivəsində Hollandiyanın “Alkmaar” komandasına 1:0 hesabı ilə qalib gəlib.
56 yaşlı Ziko vaxtilə görkəmli Braziliya futbolçusu olub. O məşqçi kimi Yaponiya millisi və “Fənərbaxça” klublarında çalışıb. Bu ilin yanvarından sonra isə Moskvanın ÇSKA klubu ilə işləyib və komanda onun rəhbərliyi ilə Rusiya kubokunu və Sepurkubokunu qazanıb. Lakin sentyabrda ÇSKA-nın ölkə çempionatındakı uğursuz çıxışı Zikonun məşqçilikdən uzaqlaşdırılması ilə nəticələndi.
“Olimpiakos”un baş məşqçisi postunda Ziko gürcü məşqçi Temuri Ketsbayanı vəz edəcək. O yunan klubunu cəmi 3,5 ay çalışdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar