"Neftçi" yeni baş məşqçi ilə müqavilə imzaladı
11 Mart 2009 Çərşənbə 16:00
Paytaxt klubunu Böyükağa Ağayev çalışdıracaq

 

"Neftçi" klubunun yeni baş məşqçisinin adı məlum oldu. "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının ANSPRESS-ə verdiyi məlumata görə, Hans Yürgen Gedenin istefaya göndərilməsindən sonra komandaya başçılıq edən məşqçi Böyükağa Ağayev artıq "Neftçi"nin baş məşqçisidir. Bu gün Böyükağa Ağayevlə 1 illik rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XVII turu çərçivəsində "Simurq"la keçirilən qarşılaşmaya Böyükağa Ağayevin başçılığı altında çıxıb. Zaqatalada keçirilən qarşılaşma "Neftçi"nin 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar