İlk yarımfinalçı "Qəbələ" oldu
11 Mart 2009 Çərşənbə 16:50
Azərbaycan kubokun 1/4 finalında "Olimpik"i məğlub edən "Qəbələ" yarımfinala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə yükəslən ilk komandanın adı məlumdur. Şəfa stadionunda keçirilən qarşılaşmada "Olimpik"i məğlub edən "Qəbələ" ilk yarımfinalçı olub. "Qəbələ"yə qələbə qazandıran qolu matçın 66-cı dəqiqəsində Fərzad Hatəmi "Olimpik"in qapısından keçirib. Bu komandalar arasında "Qəbələ"də keçirilən ilk qarşılaşma 1-1 hesabı ilə heç-heçə başa çatdığı üçün məhz "Qəbələ" növbəti mərhələyə yüksəlib. Azərbaycan kubokunda ¼ final mərhələsinin digər qarşılaşması isə Zaqatalada keçirilir. "Simurq"la "İnter"in qarşılaşmasında ilk yarıdan sonra hesab 1-1-dir. ¼ final mərhələsinin digər qarşılaşması saat 17.00-da "Bakı"yla "Xəzər-Lənkəran" arasında keçiriləcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar