Sevil Bünyadova və Sevinc Bünyadova bacılar yarımfinalda
25 İyun 2015 Cümə Axşamı 18:53
Qılıncoynatma ustası bacılar Sevil Bünyadova və Sevinc Bünyadova Baku 2015 çərçivəsində qılıncoynatma yarışında yarımfinala yüksəliblər.
Qılıncoynatma ustası Sevil Bünyadova və Sevinc Bünyadova bacılar I Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışında yarımfinal mərhələsinə yüksəliblər.

Sevil Bünyadova 1/4 final mərhələsində yunanıstanlı idmançı Vassiliki Vougioukaya 15:12 hesabı ilə qalib gəlib, Sevinc Bünyadova isə ukraynalı idmançı Alina Komaşçuku 15:11 hesabı ilə məğlub edib.

Növbəti mərhələdə Sevilin rəqibi fransalı idmançı Marqau Rifkis olacaq. Sevinc isə polşalı Angelika Vatorla görüşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar