Roberto Karlos evləndi
13 İyun 2009 Şənbə 15:55
Braziliyalı ulduz futbolçu Roberto Karlos 2002-ci ildə tanış olduğu Mariyana ilə ailə həyatı qurub

 

Türkiyənin "Fənərbaxça" klubunun braziliyalı ulduz futbolçusu Roberto Karlos evlənib. Türkiyə mətbuatının xəbərinə görə, bir çox uğurlara imza atan ulduz oyunçu, mövsümün başa çatmasının ardından 2002-ci ildə tanış olduğu Mariyana ilə ailə həyatı qurub.

Braziliyanın San-Paulo şəhərində keçirilən nigah mərasimində cütlüyün ailələri də yer alıb. Roberto Karlosun nigah şahidi bacısı, Mariyananın nigah şahidi isə anası olub.

Karlos cütlüyü mərasimdə iştirak edən qonaqlarla tək-tək şəkil çəkdirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar