Mərdəkanda milli komanda üçün baza
16 Mart 2009 Bazar Ertəsi 14:30
Mərdəkan qəsəbəsində inşa olunacaq bazada 5000 azarkeş tutumuna malik stadion da olacaq

Mərdəkan qəsəbəsində futbol üzrə Azərbaycan milli komandası üçün baza tikiləcək. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Baza  AFFA-nın balansına verilən “Dalğa” İstirahət Mərkəzinin yaxınlığında tikiləcək. Bazada 5000 min azarkeş tutumuna malik stadion da inşa olunacaq.
Qeyd edək ki, ötən il AFFA tərəfindən “Dalğa” İstirahət Mərkəzində, çimərlik futbolu üzrə yarışların keçirilməsi üçün beton konstruksiyalı stadion inşa olunmuşdu./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar