“Mərmərə” beynəlxalq cüdo turniri
19 Mart 2009 Cümə Axşamı 17:10
21-22 mart tarixlərində İstanbulda keçiriləcək turnirdə Azərbaycanı 14 oğlan, 6 qız cüdoçu təmsil edəcək

21-22 mart tarixlərində Türkiyənin İstanbul şəhərində yeniyetmələr arasında cüdo üzrə “A” kateqoriyalı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovun verdiyi məlumata görə, Azərbaycan bu yarışda məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rərbərliyi altında 20 cüdoçu ilə təmsil olunacaq. Bu il 16-cı dəfə keçiriləcək yarışda Azərbaycanla yanaşı, Türkiyə, Xorvatiya, Bolqarıstan, Suriya, Rumıniya, İran, Belarus, Moldova, Çernoqoriya, Ermənistan, Yunanıstan, Somali, Albaniya və Serbiya olmaqla 15 ölkədən, 250 idmançının iştirak edəcəyi gözlənilir. Martın 21-də qızlar arasında 40 kq. , 44 kq. , 48 kq. 52 kq. oğlanlar arasında isə 50 kq. , 55 kq. , 60 kq. və 66 kq-da yarışlar keçiriləcək. Martın 22-də isə qızlar 57 kq. , 63 kq. , 70 kq. , +70 kq. , oğlanlar isə 73 kq. , 81 kq. , 90 kq. , +90 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Oğlanlar
-50 kq Cavad Nəbiyev
-50 kq Mirelturan Seyidi
-55 kq Ceyhun Qatayev
-55 kq Arif Şahlarov
-60 kq Ceyhun Rufullayev
-60 kq Mahir Cəfərli
-66 kq Rəşad Pəncəli
-66 kq İslam Abdulrəhmanzadə
-73 kq Orxan Məmmədli
-73 kq Məmmədəli Mehdiyev
-81 kq Əmiraslan Əhmədov
-90 kq Cümşüd Qasımlı
-90 kq Orxan Aslanov
+90 kq Adəm Ələsgərli

Qızlar
-48 kq Ayişə Qurbanlı
-48 kq Elvira Buttayeva
-52 kq Şəfəq Muradzadə
-52 kq Ziba Baxşiyeva
-57 kq Rövsanə Hüseynova
-63 kq Xanım Hüseynova



DOSTLARINLA PAYLAŞ:

oyunlar