Cüdo üzrə yığma komandanın üzvləri aksiya keçirir
28 Fevral 2015 Şənbə 14:59
Cüdo üzrə yığma komandanın üzvləri federasiya rəhbərliyinə etiraz edir.
Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri aksiya keçirirlər.

İdmançıların ANS PRESS-ə verdikləri məlumata görə, onlar bütün heyətlə Federasiya rəhbərliyinə etiraz edir. Komanda üzvlərinin məlumatına görə, onların etirazı aldıqları məvaciblə bağlıdır.

Cüdo yığması kapitan Elxan Məmmədov və Elmar Qasımov başda olmaqla "Neftçi"nin bazası qarşısına yığılacaqlar. Onlar Federasiya rəhbərliyinə etirazlarını bildirəcəklər.

Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, onlarda cüdoçuların məvacibləri ilə bağlı hər hansı problemin olması ilə bağlı məlumatları yoxdur. Nazirlikdən məsələnin dəqiqləşdiriləcəyi bildirilir.

Məsələni diqqətdə saxlayırıq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar