Cüdoçumuz Orxan Səfərov finala çıxdı
25 İyun 2015 Cümə Axşamı 18:37
Cüdoçumuz Orxan Səfərov finala gedən yolda ispan Fransisko Qarriqosla gərgin döyüş keçirib.

Avropa Oyunlarında 60 kq-dək çəkili cüdoçumuz Orxan Səfərov finala gedən yolda ispan Fransisko Qarriqosla qarşılaşıb. Rəqib daha çox xəbərdarlıq aldığı üçün cüdoçumuz Orxan Səfərov qalib olub.

Orxan finalda rusiyalı Beslan Mudranov ilə qarşılaşacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar