Braziliya Türkiyəni yığmasını ağır məğlubiyyətə uğratdı
13 Noyabr 2014 Cümə Axşamı 13:30
Braziliya yığması Türkiyəni öz fanatları qarşısında ağır məğlubiyyətə uğratdı.
Bu gün milli komandalar arasında növbəti yoxlama oyunlarına start verilib.

ANS PRESS-in məlumatına görə, Türkiyə yığması Braziliyanı qəbul edib. "Şükrü Saracoğlu" stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22.30-da başlayıb.

Həmin oyunda Türkiyə ilk hissədə 4 dəqiqədə 2 qol buraxaraq 0:2 hesabı ilə məğlub oldu. İkinci hissədə daha iki top buraxan Türkiyə yığması 0:4 hesabı ilə darmadağın olub.

Qeyd edək ki, Hollandiya millisi İslandiyanı sınağa çəkəcək. Bu gecə həmçinin Belçika və İslandiya milliləri də qarşılaşacaq.

Qeyd edək ki, milli komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən Norveç Estoniya, Xorvatiya Argentina ilə qarşılaşacaq.


Yoxlama oyunu
12 noyabr

Malaziya - Suriya 0:3
Qollar: Nadim Sabax, 4. Sanharib Malki, 48. Ömər Xribin, 67.

Türkiyə - Braziliya 0:4
Qollar: Neymar, 20; 60. Semih Kaya, 24 (avtoqol). Villian, 44.

23.30 Hollandiya - Meksika 0:1
Qol: Karlos Vela, 8.

23.45 Belçika - İslandiya 1:1
Qollar: Nikolas Lombaerts, 11 - Alfred Finnboqason, 13.


DOSTLARINLA PAYLAŞ:

oyunlar