"Yuventus"u Ferrara çalışdıracaq
06 İyun 2009 Şənbə 10:35
İtalyan klubu Kiro Ferrara ilə 2 illik müqavilə imzalayıb

İtaliyanın "Yuventus" klubunda mövsümün başa çatmasına 2 tur qalmış istefaya göndərilən baş məşqçi Klaudio Ranyerini əvəzləyən Kiro Ferrara ilə 2 illik müqavilə imzalanıb.
Klubun rəsmi internet saytı vasitəsilə verilən açıqlamda, komandanın baş məqşçisi postundan uzaqlaşdırılan Klaudio Ranyerini əvəzləyən Kiro Ferraranın növbəti mövsümdə də komandanı çalıdıracağı bildirlib. Ferraranın komandada qalacaq olması heyətdə də sevinclə qarşılanıb.
"Yuuventus"un müdafiəçisi Nikola Leqrottaqlie, Ferraranın ibaş məşqçi postunda qalmasının komandanın gələcəyi baxıımından müsbət addım olduğunu qeyd edib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar