Yığmanın A kateqoriyalı məşqçisi
29 Aprel 2010 Cümə Axşamı 22:29
Silviya Rayt 6 dəfə Almaniya kubokunun qalibi olub.
AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Silviya (Sissi) Rayt futbol üzrə qızlardan ibarət U-15 (gələcək U-17) yığma komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

50 yaşlı Almaniyalı mütəxəssis futbolçu karyerasına 1975-ci ildə "Bavariya" (Münhen) klubunda başlayıb. Daha sonra "FSV Frankfurt–Mayn" (1984-1985), "1.FFC Frankfurt–Mayn" (1991- 1995) klublarında oynadıqdan sonra 1997-2004-də yenidən Bavariyaya qayıdıb.

Almaniya millisinin heyətinə ilk dəfə 1982-ci ildə dəvət olunub. Milli komandada 58 oyun keçirib. 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Yığmanın heyətində 4 qol vurub. "Bavariya" (Münhen), "FSV Frankfurt", "TSV Siegen" və "SG Praunheim" (indiki "1.FFC Frankfurt") komandalarının heyətində 4 dəfə Almaniya çempionatının və 6 dəfə Almaniya kubokunun qalibi olub.

Silviya (Sissi) Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. 2004-cü ildən 2008-ci ilədək “Bavariya”nın (Münhen) qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyib. 2009-cu ilin oktyabr ayına qədər kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar