Yığmamız Almaniyadadır
07 Sentyabr 2009 Bazar Ertəsi 11:00
Futbolçularımız bu gün 17:00-da oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq
Futbol üzrə yığma komandamız 2010-cu il Cənubi Afrika Respublikasında keçiriləcək Dünya çempionatının seçmə oyunları çərçivəsində sentyabrın 9-da Almaniya ilə növbəti matça çıxacaq. AFFA-dan verilən məlumata görə, komandamızın üzvləri Lənkərandan birbaşa oyunun keçiriləcəyi Hannover şəhərinə yollanıblar. Millimizin üzvləri bu şəhərdə “Kuins” mehmanxanasına yerləşiblər. Bu gün isə hər iki komandanın baş məşqçiləri saat 16:30-dan etibarən mətbuat konfransı keçirəcək. Konfransdan sonra milimiz saat 17:00-da matçın keçiriləcəyi stadionda açıq məşqə çıxacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar