Xəzər-Lənkəran Bakını məğlub etdi
19 Aprel 2009 Bazar 10:55
Premyer Liqanın XXII turu çərçivəsində keçirilən qarşılaşma "Xəzər-Lənkəran"ın 3-0 hesablı qələbəsi ilə başa çatıb

 

Dünən keçirilən 4 qarşılaşma ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tur matçlarına start verilib. Günün və turun mərkəzi matçında "Xəzər-Lənkəran"la "Bakı" qarşılaşıb. Lənkəranda keçirilən qarşılaşma "Xəzər-Lənkəran"ın 3-0 hesablı qələbəsi ilə başa çatıb. "Xəzər-Lənkəran"a qələbə qazandıran qolları matçın 35 və 74-cü dəqiqələrində türkiyəli futbolçu Ahmet Dursun, 90+3-cü dəqiqədə isə braziliyalı legioner Mario Souza rəqib qapısından keçirib. Çempionluq yolunda önəmli 3 xal qazanan Lənkəran təmsilçisi xalını 46-ya yüksəldib.

Günün digər matçlarında “Qəbələ” “Standard”ı 2-1, “Simurq” “Olimpik”i 2-0, “Qarabağ” isə MOİK-i 3-0 hesabı ilə məğlub edib. Premyer Liqanın XXII turuna bu gün keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq. Qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:

19 aprel (bazar)

"Bakılı" - "Turan"

Başlanma saatı: 16:00
Stadion: Zabrat qəsəbə stadionu

"Karvan" - "Muğan"
Başlanma saatı: 16:00
Stadion: Yevlax şəhər stadionu

"İnter" - "Neftçi"
Başlanma saatı: 16:00
Stadion: "Şəfa" stadionu /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar