Vüqar Nadirov "Qarabağ"da
12 İyun 2009 Cümə 18:10
Gənc futbolçu Ağdam təmsilçisi ilə 2 illik rəsmi müqavilə imzalayıb

 

İyunun 15-dən etibarən Avropa Liqasının və yeni mövsümün hazırlıqlarına başlayacaq Ağdamın "Qarabağ" klubu ilk transferini həyata keçirib. Klubun rəsmi saytının xəbərinə görə, "Qarabağ"ın yetirməsi olan son mövsümü Yevlaxın "Karvan" klubunda keçirmiş Vüqar Nadirovla 2 illik rəsmi müqavilə imzalanıb.

Qarabağ transferi ilə bağlı açıqlama verən gənc futbolçu, Qarabağa çempion olmaqda kömək etmək istədiyini bildirib: “Təbii ki, "Qarabağ"ın yetirməsi olduğumdan doğma komandaya qayıtmışam. 21 yaşım olsa da, yetərincə klubda forma geyinmişəm. "Qarabağ"ı indi sadəcə legioner olmaq üçün tərk edə bilərəm. Amma indi tək hədəfim "Qarabağ"a çempionluq qazanmağa yardımçı olmaqdır.  Zənnimcə, klubda birlikdə oynamağımız faydalı olacaq.” /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar